“ABŞ Pxenyana təsirin güclənəcəyinə ümid edir” - Mettis

2017/12/mat700435345_1514616108.jpg
Oxunub: 332     14:40     30 Dekabr 2017    
“KXDR-ə neft təchizatının davam etdirilməsi və BMT Təhlükəsizlik Şurası sanskisyalarının pozulmasına cavab olaraq dünya ictimaiyyəti tərəfindən Pxenyana təsiri günləndirməlidir”.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis telekanalın efirində bəyan edib.

Mettisdən açıq dənizdə Çin gəmilərinin KXDR gəmisinə neft ötürməsi məsələsinə şərh verməyi xahiş ediblər, o isə cavabında “Hesab edirəm ki, KXDR-ə təsirin güclənəcəyinə şahid olacağıq” deyə bildirib.

O qeyd edib ki, ABŞ Çin və digər dövlətlərə KXDR-ə neft embarqosunun gözlənilməsi ilə bağlı hər hansı normalar müəyyənləşdirmək niyyətində deyil.

“Bu forma və ya əməliyyatların həmin ölkələrin özünə qarşı hansı nəticələr verə biləcəyini onların hökuməti özləri müəyyənləşdirməlidir. Aydındır ki, əgər ölkə rəhbərliyi onun limanına BMT Təhlükəsizlik Şurası qətnaməsini pozan gəminin daxil olmasından xəbərdardırsa, öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə Mettis vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Mettis  


Bizi "telegram"da izləyin