Çin XİN KXDR-lə bağlı qalmaqallı məlumatı təkzib etdi

2017/12/1046656507213213_1514566719.jpg
Oxunub: 362     01:43     30 Dekabr 2017    
“Açıq dənizdə KXDR gəmisinin Çin gəmilərindən neft yükləməsi barədə məlumat həqiqətə uyğun deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin bəyan edib.

“KİV-lərin oktabrın 19-da Çin gəmisinin KXDR gəmisinə neft verməklə şübhəli bilinməsi cəfəngiyatdır. Bu gəmi avqustdan bəri Çin limanlarına yan almayıb”, - deyə diplomat bildirib.

Çunyin qeyd edib ki, Çin hər zaman BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edib.

“BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması müəyyən edilən araşdırma yolu ilə cəzalandırılacaq”, - deyə Çunyin vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   KXDR  


Bizi "telegram"da izləyin