Putin Tartus bazasıda dair razılaşmanı ratifikasiya edib

2017/12/48_1514556528.jpg
Oxunub: 349     22:33     29 Dekabr 2017    
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Suriya arasında Tartus limanında Rusiya Hərbi Dəniz Donanmasının maddi-texniki təminatının genişləndirilməsi və onun faktiki olaraq tamhəcmli hərbi dəniz bazasına çevrilməsi barədə razılaşmanı ratifikasiya edib.

Ordu.az xəbər verir ki, dekabrın 21-də Dövlət Dumasına qəbul edilən və dekabrın 26-da Federasiya Şurası tərəfindən təsdiqlənən sənəd Pravo.gov.ru saytında yerləşdirilib.

Sənədə əsasən, Rusiyanın hərbi dəniz gəmiləri, o cümədən atom kreyserləri Suriyanın daxili suları və limanlarına daxil ola bilər.

Suriya razılaşmanın bütün müddəti (avtomatik olaraq 25 ilədək artırmanın mümkünlüyü ilə 49 il müddətinə) üçün torpaq sahəsi, akvatoriya və daşınmaz əmlak obyektlərini qarşılıqsız olaraq Rusiyaya verir.

Qeyd edək ki, razılaşma Rusiyaya Tartusda eyni anda 11 hərbi gəmi saxlamaq hüququ verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Tartus  


Bizi "telegram"da izləyin