Kim Çen Inın nüvə raketləri ABŞ-ı vurmaq üçün hazır olacaq

2017/12/5346682154_1514555040.jpg
Oxunub: 486     21:59     29 Dekabr 2017    
“Onlar qitələrarası ballistik raketlərə “Anthrax” bioloji silahları yerləşdirməyəcəklər, çünki çatdırma metodu effektiv olmaz, lakin nüvə silahları 2 ay ərzində hazır olacaq”

Ordu.az Express.uk saytına istinadən xəbər verir ki, bu fikirləri analitik Qordon Çenq səsləndirib.

“Bildiyiniz kimi, indi üzə çıxır ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) prezident Trampa KXDR-in qısa zamanda ABŞ-ı nüvə raketləri ilə vura biləcəklərilə bağlı bir hesabat təqdim edib”, - deyə o bildirib.

Çenq əlavə edib ki, hal-hazırda Kim rejiminin qarşısında duran yeganə əngəl raketlərin havada qalmasını təmin edən temperatur tənzimləyicisidir.

“Biz bilirik ki, onlar artıq lazım olan mənzilli raketləri əldə ediblər. Bu, noyabrın 29-dakı sınaqdan aydındır. İndi əsas məsələ temperatur tənzimləyicisidir. Onların döyüş başlığını havada saxlamaq iqtidarında olduqları ilə bağlı bir sıra anlaşmazlıqlar var. Lakin onlar bunu iki ay içində edə bilməsələr də, 2018-ci il ərzində edəcəkləri dəqiqdir”, - deyə analitik bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Xvason-15  


Bizi "telegram"da izləyin