Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, Ukraynada hökumət də daxil olmaqla heç bir müəssisə və qurum qarşısına qolulan və ya qoyduğu tapşırıqları tam şəkildə icra edə bilməyib və bu mənada “Ukroboronprom”un açıqlaması diqqətçəkicidir.
“Cari il ərzində silahlı qüvvələr, milli qvardiya və Ukraynanın digər güc strukturlarına 3673 ədəd hərbi texnika və silah təhvil verilib. Onlardan 2053-ü tamamilə yeni və modernləşdirilmiş silahlardır”, - deyə məlumatda bildirilir.
Həmçinin 2017-ci ildə Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına “Korsar” daşınan raket kompleksinin təhvil verildiyi də qeyd olunur.
Qeyd edək ki, bu günlərdə Dmitri Roqozin Rusiyada dövlət sifarişinin 97-98 faiz yerinə yetirilməsi barədə bəyanat verib.
Ağalar Qəribov
Ordu.az