Pakistandan ABŞ-a xəbərdarlıq: Hərbi əməliyyatlar keçirməyin, yoxsa...

2017/12/pakistan-army345345_1514550367.jpg
Oxunub: 415     20:25     29 Dekabr 2017    
“İslamabad Vaşinqtonun Pakistanı terrorizmə münasibətdə fəaliyyətsizlikdə təqsirləndirməsini inkar edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi, general-mayor Asif Qafur bildirib.

“Pakistan qoşunları “Taliban” və “Həkkani” qruplaşmaları da daxil olmaqla terror qruplaşmalarının üzvlərinə qarşı kütləvi əməliyyatlar keçirir. ABŞ-ın bizi fəaliyyətsizlikdə günahlandırması əsaslandırılmamış və aktual olmayan mövqedir”, - deyə general bəyan edib.

O bildirib ki, ABŞ-ın Pakistanı terrorizmə qarşı mübarizədə fəaliyyətsizlikdə təqsirləndirərək onların ərazisində birtərəfli hərbi fəaliyyət aparmağa hüququ yoxdur.

“Pakistan Silahlı Qüvvələri öz dostları ilə əməkdaşlıq edir və bu əməkdaşlığı davam etdirmək niyyətindədir, lakin bizim suverenliyimizlə bağlı heç bir güzəşt olmayacaq. Biz dostlarımızla münaqişə yaranmasını istəmirik, lakin istənilən yolla Pakistanın təhlükəsizliyini təmin etmək niyyətindəyik”, - deyə Qafur vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-ABŞ   Terror  


Bizi "telegram"da izləyin