Əfqanıstanın Uruzqan vilayətinin cənubunda həyata keçirilən hava hücumları nəticəsində ən azı 8 “Taliban” silahlısı məhv edilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə vilayətin polis rəisi Əbdül Qari Öməri məlumat verib.
O bildirib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri tərəfindən və “A-29 Super Tucano”larla dəstək verilən hücumlar terrorizmlə mübarizə əməliyyatları çərçivəsində həyata keçirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əfqanıstan
Taliban
Terror