Sinay yarımadasında partlayış: 1 Zabit, 5 əsgər öldü

2017/12/324234_1514543474.jpg
Oxunub: 413     18:28     29 Dekabr 2017    
Sinay Yarımadasının şimalında baş verən partlayış nəticəsində Misir ordusunun bir zabiti və beş əsgəri həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir ordusunun mətbuat katibi polkovnik Tamər əl-Rəfi məlumat verib.

O bildirib ki, partlayış maşında kustar üsullarla hazırlanan partlayıcı maddənin işə düşməsilə baş verib.

Polkovnik əlavə olaraq qeyd edib ki, partlayışı həyata keçirən 3 terrorçu təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib və onlara məxsus 4 nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinay   Terror  


Bizi "telegram"da izləyin