Ordu.az “Deutsche Welle” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hamburq federal torpağının Konstitusiyanın Müdafiəsi üzrə Büronun rəhbəri (kəşfiyyat orqanı-red.) Torsten Foss bəyan edib.
“İŞİD terror qruplaşmasının Suriya və İraqdakı məğlubiyyəti onların Avropada terror hadisələri törtəməsinin ehtimalını artırır”, - deyə Foss bildirib.
Büro rəhbəri hesab edir ki, yalnız kişi terrorçular deyil, ekstremist qruplaşmanın üzvü olan qadın və uşaqlar da təhlükə mənbəyi kimi nəzərdən keçirilməlidir.
“Uzun müddət döyüş zonalarında olan yeniyetmələr İŞİD-in təcrübəli təlqinçiləri tərəfindən “beyin yuyulması”na məruz qala bilərdilər və indi onların Avropa göndərilməsi tamamilə realdır”, - deyə Foss qeyd edib.
Ağalar Qəribov
Ordu.az