Ağ Ev Kabildəki terror hadisəsini “dəhşətli hücum” adlandırıb

2017/12/1026456456546_1514532684.jpg
Oxunub: 476     15:28     29 Dekabr 2017    
“ABŞ administrasiyası Afqanıstanın paytaxtı Kabildə 41 nəfərin ölümünə səbəb olan terror hadisəsini qınayır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

“Birləşmiş Ştatlar Kabilin mədəni və sosial mərkəzində baş verən vəhşi hücumu qətiyyətlə mühakimə edir, həmçinin həlak olanlara və onların ailələrinə baş sağlığı verir”, - deyə Sanders bildirib.

Onun sözlərinə görə, ABŞ ölkənin rəhbərliyi ilə sıx əməkdaşlı etməklə bu dəhşətli hücumun günahlarının tapılaraq cəzalandırılmasına yardım göstərəcək.

“Düşmənlər ölkəni dağıtmağa və Əfqanıstan xalqını bölməyə nail ola bilməyəcəklər”, - deyə Sanders vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kabil   Terror  


Bizi "telegram"da izləyin