BMT baş katibi Kabildəki terror aktını pisləyib

2017/12/345345_1514528174.jpg
Oxunub: 369     14:22     29 Dekabr 2017    
BMT baş katibi Antonio Quterreş dünən Kabildə baş verən və 40-dan çox insanın həyatını itirməsinə səbəb olan ikiqat terror aktını qınayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin dəftərxanasının yazılı bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, BMT baş katibi terror aktının qurbanlarının ailələrinə dərin başsağlığı verir və yaralılara tezliklə sağalmağı arzulayır, həmçinin Əfqanıstan xalqı və hökuməti arasında həmrəyliyə ümid edir.

“O, qəti şəkildə sülh yoluna inanır – bu, Əfqanıstanda stabilliyin təmin edilməsi üçün yeganə yoldur”, - deyə bəyanatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD   Terror   BMT  


Bizi "telegram"da izləyin