Rus politoloq: "2018-ci ildə Qarabağda vəziyyət kəskinləşməyəcək"

2017/12/45645645_1514292869.jpg
Oxunub: 420     20:53     26 Dekabr 2017    
"2018-ci ildə Dağlıq Qarabağda vəziyyət kəskinləşməyəcək".

Ordu.az "EurasiaDaily" saytına istinadən xəbər verir ki, bu barədə "Rusiya beynəlxalq siyasətdə" aylıq jurnalın baş redaktoru, "Valday" beynəlxalq klubunun elmi direktoru Fyodor Lukyanov bildirib.

“Çağırışlar arasında Qarabağ yoxdur. 2018-ci ildə özlərini biruzə verə biləcək konflikt və gərginlik ocaqları sırasında Yaxın Şərqi, Suriyanı, İran və Səudiyyə Ərəbistanı arasında münaqişəni, o cümlədən Yəməni göstərmək olar. Şərqi Asiyada, ilk növbədə Koreya yarımadası ətrafında münaqişə, növbəti münaqişə ocağı isə Balkanlardır. Əlbəttə ki, Ukrayna və Rusiya arasında münaqişə də özünü biruzə verəcək", - deyə rus politoloq qeyd edib.

Lukyanovun sözlərinə görə, Rusiya 2018-ci ildə ATƏT-in Minsk qrupu çərçivəsində öz vasitəçilik missiyasını davam etdirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin