Rubio İsrailin nüvə statusunu təsdiqləməkdən imtina edib

2026/06/1780424270.jpg
Oxunub: 183     23:46     03 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı İsrailin nüvə silahına malik olub-olmadığını təsdiqləməkdən imtina edib.

Ordu.az xəbər verir ki, Rubio bu mövzunun son dərəcə həssas olduğunu və daha uyğun şəkildə qapalı brifinq zamanı müzakirə edilə biləcəyini bildirib.

“Düzünü desək, düşünürəm ki, dünyanın böyük hissəsi İsrailin nüvə silahına malik olduğuna inanır. Lakin israillilər bunu heç vaxt açıq şəkildə etiraf etməyiblər”, - deyə ABŞ dövlət katibi qeyd edib.

Rubio vurğulayıb ki, bu məsələ müxtəlif qanuni maraqlar və hüquqlar arasında həssas tarazlıq tələb edir. O, qanunvericilərin bu mövzuda daha ətraflı məlumatı qapalı və məxfi mühitdə ala biləcəyini bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, İsrailin nüvə proqramını rəsmi şəkildə təsdiqləməməsi uzun illərdir Vaşinqtonun xarici siyasətinin mühüm elementlərindən biridir.

Rubio qeyd edib ki, bu yanaşma ABŞ və İsrail arasında onilliklərdir davam edən strateji qeyri-müəyyənlik siyasətinin tərkib hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin