ABŞ TRIPP-in inkişafı üçün Ermənistan-ABŞ şirkətinin yaradılmasına razılıq verib

2026/06/1780557062.jpg
Oxunub: 199     11:06     04 İyun 2026    
ABŞ-də TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin inkişafına yönəlmiş Ermənistan-ABŞ birgə şirkətinin yaradılması təsdiqlənib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları təsdiqləyib.

Təsdiqlənən layihələr arasında ticarətin, nəqliyyatın, iqtisadi inkişafın və regional əlaqələrin dəstəklənməsinə yönəlmiş TRIPP İnkişaf Şirkətinin yaradılması da yer alıb.

Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının açıqlamasında qeyd olunub ki, şirkət dəmir yolları, avtomobil yolları, boru kəmərləri, optik lif şəbəkələri və digər mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin