Merts BMT Təhlükəsizlik Şurasına seçkilərdə Almaniyanın uğursuzluğunu “məğlubiyyət” adlandırıb

2026/06/1780516445.jpg
Oxunub: 167     23:42     03 İyun 2026    
Almaniya kansleri Fridrix Merts BMT Təhlükəsizlik Şurasında yer qazanmaq cəhdinin uğursuzluqla nəticələnməsinə baxmayaraq, ölkəsinin beynəlxalq sistemin etibarlı dayağı olaraq qalacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Səsvermənin nəticələrinə əsasən, ikiillik müddət üçün BMT Təhlükəsizlik Şurasına Avstriya və Portuqaliya seçilib. Bu nəticə Almaniya üçün ciddi zərbə hesab olunur.

Merts Almaniyanı qlobal məsələlərdə Avropanın aparıcı səsi kimi təqdim etməyə çalışırdı.

“Biz namizədliyimizi qəti inamla irəli sürmüşdük. Məqsədimizə çata bilmədik”, - deyə kansler bildirib.

O vurğulayıb ki, nəticə Almaniyanın BMT-dəki rolunu və öhdəliklərini dəyişmir. “Almaniya çoxtərəfli sistemin etibarlı dayağı olaraq qalır”, - deyə Merts qeyd edib.

Kansler Almaniya ilə birlikdə Təhlükəsizlik Şurasında yer uğrunda mübarizə aparan Avstriya və Portuqaliyanı da təbrik edib. Almaniyanın müxalifətdə olan “Yaşıllar” Partiyası isə bu nəticəni “utancverici məğlubiyyət” adlandırıb.

Partiyanın parlament fraksiyasının sədr müavini Aqneşka Brüqqer bildirib ki, uğursuzluğa görə məsuliyyət tam şəkildə Fridrix Merts və xarici işlər naziri Yohann Vadefulun üzərinə düşür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   BMT   Almaniya  


Bizi "telegram"da izləyin