Ordu.az xəbər verir ki, bu barədə o, İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin vəfatının ildönümü münasibətilə yayımladığı müraciətdə bildirib.
Qalibaf qeyd edib ki, İranın ABŞ və “sionist rejim”lə qarşıdurması bu reallığın ən aydın sübutudur.
Onun sözlərinə görə, İmam Xomeyni daim İranın müstəqilliyi və ləyaqətini ön plana çəkib və ABŞ-ni İran xalqının əsas düşməni kimi xarakterizə edib.
Qalibaf Xomeyninin məşhur fikirlərindən sitat gətirərək bildirib ki, İran xalqı heç vaxt təzyiq və hegemonluq qarşısında geri çəkilməməyi öyrənib.
“Bu gün həmin ideoloji məktəbdən ilham alan İran xalqı ABŞ və “sionist rejim”ə qarşı mübarizəsində sübut edib ki, İrana qarşı cəzasız təhdidlər dövrü başa çatıb və istənilən təcavüz qətiyyətli, adekvat və dağıdıcı cavabla qarşılanacaq”, - deyə Qalibaf vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az