Ordu.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Koreya Əmək partiyasının iclasında bəyan edib.
“Ölkəmizin nüvə silahlı qüvvələrinin inamla inkişaf etməsi son dövrlərdə dünya siyasi strukturuna və strateji vəziyyətə böyük təsir göstərir. Bizim ölkəmiz ABŞ-a bilavasitə nüvə təhlükəsi yaşatmağa qadir strateji dövlətə çevrilib”, - deyə Kim Çen In bildirib.
KXDR lideri həmçinin qeyd edib ki, KXDR bu uğurlara beynəlxalq sanksiyaların mövcudluğuna baxmayaraq nail olub.
Ağalar Qəribov
Ordu.az