Əfqanıstan ordusu 60 İŞİD terrorçusunu məhv edib

2017/12/IMG-20171221-WA0017_1513869706.jpg
Oxunub: 350     23:11     21 Dekabr 2017    
Əfqanıstan Milli Ordusunun son 24 saat ərzində ölkənin müxtəlif hissələrində apardığı hərbi əməliyyatlar nəticəsində 60 terrorçu öldürülüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, ölkənin Nanqarhar, Paktika, Xəndəhar, Qəzni, Fəryab, Urozqan və Hilmənd vilayətlərində Əfqanıstan hərbi hava və artilleriya qüvvələrinin dəstəyi ilə keçirilən əməliyyatlar nəticəsində 60 İŞİD terrorçusu öldürülüb, 81-i isə yaralanıb.

Əlavə olaraq xeyli miqdarda ağır və yüngül silahlar ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD  


Bizi "telegram"da izləyin