Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, münqaişənin davam etdiyi Ukraynanın şərq hissəsindəki minalanmış ərazilərdə yaşayan 220000 uşağın həyatı daimi təhlükə altındadır.
“Dörd ildən az bir müddət öncə uşaqların təhlükəsiz şəkildə oynaya bildiyi yerin hal-hazırda partlayıcılarla ölümcül hal alması qəbuledilməzdir”, - deyə UNİCEF-in Ukraynadakı nümayəndəsi Ciovanna Barberis bildirib.
2014-cü ildən etibarən separatçıların Ukraynanın Luqansk və Donetsk regionlarında davam edən fəaliyyətləri nəticəsində 10000-dən çox insan həlak olub.
1999-cu ildən etibarən edilən Minalanmış Ərazlərin Monitorinq hesabatına əsasən ümumilikdə ötən il ərzində mina partlayışlarından dolayı 500 uşaq həlak olub, 1000 uşaq isə yaralanıb. Hesabatda bildirilir ki, bu, indiyə qədər qeydə alınmış ən yüksək rəqəmdir. Bunun əsas səbəbi Əfqanıstan, Ukrayna, Yəmən və Liviyada yüksələn şiddətdir.
Ağalar Ağalarlı
Ordu.az