Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Almaniya müdafiə naziri Ursula von der Leyen söyləyib.
Hal-hazırda Almaniyanın Əfqanıstanda 980 əsgəri var. Bu, Əfqanıstanda fəaliyyət göstərən ABŞ-dan sonra ən böyük ikinci kontingentdir. Bu əsgərlər NATO missiyası tərkibində əfqan silahlı qüvvələrinin təlimatlandırılması üzrə çalışır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı ABŞ qoşunlarının sayının artırılması ilə bağlı qərar verdikdən sonra digər dövlətləri də eyni addımı atmağa çağırıb.
Bununla bağlı dəstəyini bildirən xanım Leyen Almaniya parlamentinin qərarı təsdiqləyəcəyinə ümid etdiyini bildirib.
Almaniya 2016-cı ildə də Əfqanıstandakı əsgərlərinin sayını 850-dən 980-ə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az