Böyük Britaniya kiber müharibəyə köklənib

2017/12/69712345345_1513855657.jpg
Oxunub: 361     19:24     21 Dekabr 2017    
Britaniyanın kiber hücum imkanları önəmli miqyasda artıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, kiber müharibə təhdidlərinin artdığını irəli sürən Dövlət Kommunikasiya Qərargahı (GCHQ) Britaniyanın kiber hücum qabiliyyətini artırdığını bildirib.

GCHQ-dən verilən məlumata görə, 2014-cü ilə nisbətən hal-hazırda Britaniyanın kiber müharibəyə hazırlığı iki dəfə güclüdür, qoyulan hədəfə nail olunub.

“İndi biz tam əminliklə deyə bilərik ölkəmiz əks kiber hücuma tam hazırdır”, - deyə məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə Britaniya və ABŞ Şimali Koreyanı ittiham edərək bu ölkənin dünyaya karşı kiber təhdid əmələ gətirdiyini bildirib.

Bir neçə gün öncə NATO da düşmənə qarşı kiber hücumlardan istifadə şərtlərini müzakirə etməyi planlaşdırdığını elan edib. Böyük Britaniya, ABŞ, Almaniya və İspaniyanın da kiber təhlükəsizliklə bağlı hücum yönümlü addımlar atacağı gözlənilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kiber-müharibə  


Bizi "telegram"da izləyin