Ordu.az Segodnya.ua saytına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan müdafiə naziri Krasimir Karakaçanov bəyan edib.
Nazirin sözlərinə görə, Rusiya şirkəti 4 il ərzində Bolqarıstan Silahlı Qüvvələrinin 15 ədəd köhnə “MiQ” təyyarəsini modernləşdirməli idi.
Karakaçanov “Ukrinmaş”ın şikayətini Bolqarıstan və Rusiya münasibətlərini pisləşdirmək cəhdi adlandırıb.
“Bolqarıstan köhnə “MiQ”lərə texniki qulluq göstərilməsi ilə konkurs elan etməyib. Belə ki, Rusiyadan başqa dünyanın heç bir şirkəti belə işlər həyata keçirmək üçün lisenziyaya malik deyil”, - deyə bolqarıstanlı nazir bildirib.
Ağalar Qəribov
Ordu.az