Əlcəzair Yəməndən Ər-Riyada raket atılmasını pisləyib

2017/12/Абдельазиз-Бенали-Шериф_1513837378.png
Oxunub: 386     14:19     21 Dekabr 2017    
Əlcəzair hökuməti çərşənbə axşamı günü Yəmənin husi qiyamçıları tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket atılmasını tənqid edib.

Ordu.az “Algerie Presse Service” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Əbdüləziz Benali Şərif bəyan edib.

“Yəmən ərazisindən Ər-Riyad və onun ətrafındakı yaşayış rayonlarına ballistik raketlə həyata keçirilən hücumu mühakimə edirik. Biz hər dəfə Səudiyyə Ərəbistanı Krallığı, onun əhalisinini təhlükə altına alan, regioda gərginlik yarada biləcək istənilən halı mühakimə edirik”, - deyə o bildirib.

Diplomat həmçinin qeyd edib ki, Əlcəzair rəhbərliyi və xalqı Səudiyyə Ərəbistanına tam həmrəylik göstərir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Səudiyyə-Ərəbistan   Yəmən   Husi-qiyamçıları  


Bizi "telegram"da izləyin