Ordu.az “Dailymail”in Britaniya bürosuna istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatına yaxın mənbələr məlumat verib.
Məlumatda ABŞ-ın sınaqlardan məlumatı olduğu bildirilib.
Sınağın keçirilmə məqsədinin “antraks” bakteriyasının döyüş başlıqları fəzaya daxil olduğu zaman yüksək temperatur şəraitində mövcud olub-olmayacağını yoxlamaq olduğu düşünülür.
Xatırladaq ki, Cənubi Koreya qarşıdan gələn Qış Olimpiya oyunlarının sakit şəraitdə keçməsini təmin etmək üçün Çin və Şimali Koreya ilə gərginliyi azaltmaq məqsədilə təlimlərə ara verməyə hazırlaşdığını bildirib.
Pxenyan bu sınaqları keçirməklə Cənubi Koreyanın niyyətinə əngəl olmağı planlaşdırır.
Pxenyanla yanaşı, ABŞ-a məxsus raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən narahat olan Çin də Cənubi Koreyaya qarşı qəzəblidir.
Ağalar Ağalarlı
Ordu.az