Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordu kapitanı Əli əl-Məkrami məlumat verib.
"Mosulun şimal-qərbindəki Təl Küppə rayonunun Cərvan kəndindən keçən hərbi maşın kustar üsullarla hazırlanmış partlayıcı vasitə ilə partladılıb", - deyə Əli Məkrami bildirib.
Partlayış nəticəsində bir əsgər ölüb, bir general-mayor yaralanıb. Federal polis insidentlə bağlı axtarışa başlayıb.
Axtarış nəticəsində partlayıcı qurğunu hazırlayan bir İŞİD terrorçusu ələ keçirilib. Məlumata görə şəxsin istintaq prosesi davam edir.
Ağalar Ağalarlı
Ordu.az