Ordu.az xəbər verir ki, bu barədə “Al Masdar” agentliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusu ciddi müqavimətlə üzləşmədən “Ən-Nüsra Cəbhəsi”nin müdafiə xəttini yararaq Rəmla şəhərinə daxil olub və hazırda yaşayış məntəqəsinin mərkəzinə doğru irəliləyir.
Eyni zamanda, qoşunun Rəmlanın cənubunda – Həma vilayətinin əl-Rəhacan şəhərində yerləşən “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının əsas sığınacaqlarından birini ələ keçirməyə cəhd etdiyi bildirilir.
Qeyd edək ki, əl-Rəhəcan terrorçuların müdafiəni yaxşı təşkil etdiyi yaşayış məntəqəsidir və ordunun oraya asanlıqla daxil olacağı təxmin edilmir.
Əlavə məlumat üçün bildirək ki, Suriya ordusu əl-Rəhacanı azad etməklə Həma vilayəti ilə sərhəddi bütövlükdə “Ən-Nüsra Cəbhəsi” terrorçularından təmizləmiş olacaq.
Ağalar Qəribov
Ordu.az