Ordu.az xarivi KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Xristi Friland ABŞ dövlət katibi Reks Tillersonla birgə mətbuat konfransında bəyan edib.
“Tilerson və mən bu gün KXDR-in təhlükəli və qanunsuz fəaliyyətinə qarşı birlikdə olduğumuzu nümayiş etdirmək üçün yanvarın 16-da Vankuverdə dünya ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirmək barədə razılığa gəldik”, - deyə Friland bildirib.
O həmçinin qeyd edib ki, KXDR məsələsinin həllində diplomatik yanaşmanın gücünə inanır.
Ordu.az