İşğal altında olan Dağlıq Qarabağın Hadrut yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun hərbi hissələrindən birində ölümlə nəticələnən qanlı hadisə baş verib. Uzunmüddətli atəş nöqtəsinin daxilində (DZOT) erməni hərbi qulluqçusunun əlində F1 əl qumbarası partlayıb.
Ordu.az xəbər verir ki, partlama nəticəsində kəşfiyyat bölüyünün bir əsgəri yerindəcə ölüb. 2016-cı ildə Şaumyan hərbi komissarlığından xidmətə çağırılan Qurqen Gülbandyan, 2017-ci ildə Gümrü hərbi komissarlığından çağırılan David Sarkisyan və David Martirosyan isə ağır yaralandıqları üçün hərbi hospitala təxliyyə olunublar.
Ölən əsgərin isə adı gizlədilir. Araşdırma aparmaq məqsədilə hadisə yerinə komissiya göndərilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: