WSJ: ABŞ kiber hücumda KXDR-i günahlandırıb

2017/12/4491873afghf_1513667805.jpg
Oxunub: 430     15:18     19 Dekabr 2017    
ABŞ rəhbərliyi “WannaCry” virusunun istifadə edilməsi ilə həyata keçirilən irimiqyaslı kiber hücuma görə KXDR-i günahlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik məsələləri üzrə köməkçisi Tom Bossert “The Wall Street Journal” nəşrində çap olunan müəllif məqaləsində qeyd edib.

Onun sözlərinə görə, detallı araşdırmadan sonra ABŞ “WannaCry” virusunun istifadəsi ilə gerçəkləşdirilən hücumu Şimali Koreyanın həyata keçirməsi qənaətinə gəlib.

“Pxenyanı qarşı olan təqsirimiz sübutlara əsaslanır”, deyə Bossert bildirib.

O həmçinin qeyd edib ki, bu məsələdə digər ölkə hökumətləri və şəxsi şirkətlər də Vaşinqtonla razıdır.

“Birləşmiş Krallıq da hücumu Şimali Koreyaya aid edib və “Microsoft” kiber hücum mənbəyinin Şimali Koreyada yerləşdiyini müəyyənləşdirib”, - deyə Trampın köməkçisi bəyan edib.

Bossertun sözlərinə görə, hücum irimiqyaslılığı ilə fərqlənib, çoxmilyardlı itkilərə səbəb olub və KXDR buna görə bilavasitə məsuliyyət daşıyır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   KXDR   Kiber-hücum  


Bizi "telegram"da izləyin