Rusiya-Ukrayna münasibətləri, Koreya yarımadasında vəziyyət və Şimali Amerika zonasında azad ticarət barədə razılaşmaya yenidən baxılması, bu gün Ottavada baş tutacaq ABŞ dövlət katibi Reks Tillesonla Kanada xarici işlər naziri Xristi Frilandın görüşü zamanı əsas müzakirə mövzusu olacaq.
Ordu.az “The Canadian Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Depatamenti məlumat yayıb.
Görüş çərçivəsində həmçinin Venesualada vəziyyətin müzakirə ediləcəyi də bildirilir. Lakin digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin mətbuat xidməti Tillersonun bu gün Kanadaya səfər edəcəyi ilə bağlı məlumat yayıb.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tillerson
KXDR
Kanada