Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“İŞİD-lə mübarizə üzrə koalisiya hazırda demək olar ki, terrorçuların nə vaxtsa İraq və Suriyada nəzarət altında saxladığı ərazilərin 100 faizi azad ediblər. Yaxşı işdir. Biz İŞİD-ə ard-arda ağır məğlubiyyətlər yaşatdıq”, - deyə Tramp bildiib.
Onun sözlərinə görə, hazırda ABŞ terrorçuları onların qaça bildikləri hər yerdə izləyir.
“Biz onlara Birləşmiş Ştatlara ayaq basmağa imkan verməyəcəyik”, - deyə Tramp qeyd edib.
Ağalar Qəribov
Ordu.az