Ordu.az “Suria Al An” portalına istinadən xəbər verir ki, Suriya qoşunları dünən Mşeyrfa şəhərində nəzarəti bərpa ediblər.
Hazırda ordu terrorçuları Xəlfəyə şəhəri istiqamətində müşahidə edir.
Zləkiyat yaşayış məntəqəsi yaxınlığında terrorçuların mövqelərinə atılan artilleriya atəşləri nəticəsində “Ən-Nüsra Cəbhəsi”nin sahə komandiri Səlahədin əş-Şişəni məhv edilib.
“Suriya Al An”ın məlumatına görə, əş-Şişəni “Ceyş əl-Mühədcirin” qruplaşmasına rəhbərlik edirdi. Bu qruplaşma Hələbdə hökumət qüvvələri ilə vuruşurdu və tərkibi əsasən şimali qafqazlılardan ibarət idi.
Ağalar Qəribov
Ordu.az