Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə 13-18 dekabr tarixlərində Ermənistanda keçirilən "NATO həftəsi" çərçivəsində Ermənistanda səfərdə olan NATO Baş katibinin müavini Roza Qotemüller İrəvan dövlət universitetində jurnalistlərlə görüşü zamanı bildirib.
"25 ildən artıq vaxt keçməsinə baxmayaraq, münaqişənin hələ də həll edilməməsinə görə təəssüf edirəm. Bu bir yerdə çalışmaq məsələsində Azərbaycan və Ermənistana üçün vacibdir.
Son günlərdə 4 nazirin bir yerdə, o cümlədən oktyabr ayında prezidentlərin Vyanada görüşməsinə görə çox şadam. Hesab edirəm ki bu əladır. Öz təşəkkürümü bildirirəm ki, ABŞ tərəfi Minsk qrupunun həmsədri Rusiyanın XİN Sergey Lavrov və Fransa tərəfi ilə birlikdə yüksək səviyyədə münaqişənin həllinə cəlb edilib", - deyə o bildirib.
O, NATO-nun rəhbərliyini təmsil edən nümayəndə kimi, NATO-nun böhranın həllində yeni bir məqam görməyə ümid etdiyini vurğulayıb. "Diplomatik səylərə görə şadıq və hesab edirik ki, bütün bunlar tezliklə bir nəticəverəcək", - deyə NATO Baş katibinin müavini əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az