Rus politoloqdan xəbərdarlıq: "Qarabağda müharibə təhlükəsi var"

2017/12/23423423423423_1513583115.jpg
Oxunub: 442     15:43     18 Dekabr 2017    
"Əks halda müharibə təhlükəsi var, bu tərəflərin bəyanatından da hiss olunur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyalı politoloq Stanislav Tarasov bildirib. O, Serj Sarkisyanın son açıqlamaları mənfi qiymətləndirib.

Xatırladaq ki, Serj Sarkisyan son açıqlamalarından birində, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda konkret məqamlar ətrafında müzakirə aparılmadığını bildirmişdi.

Stanislav Tarasov qeyd edib ki, konkret heç bir məqam ətrafında danışıqlar aparılmadığı barədə açıqlamalar onun təəcübünə səbəb olub. Politoloqun sözlərinə görə, proseslər başlamamış, belə açıqlamalar mənfi xarakter daşıyır.

"Bir həftə bundan öncə Vyanada xarici işlər nazirlərinin görüşü 8 saat davam edib. Bu görüş onu göstərirdi ki, tərəflərin müzakirə edəcəyi mövzular, konkret maddələr var və bu danışıqlar öz axarı ilə davam edir. Bu barədə Azərbaycan tərəfi görüşdən sonra açıqlama vermişdi. Azərbaycan tərəfinin açıqlamasına görə, tərəflər bir birinin mövqelərini yaxınlaşdırmaq üçün xeyli məsələlər müzakirə ediblər. Bundan əvvəl Minsk qrupunun həmsədrləri və Rusiya XİN Sergey Lavrov qeyd edib ki, masada tərəflərin müzakirə edə biləcəyi sənədlər var", -deyə Tarasov Sarkisyanın açıqlamasına münasibət bildirib.

Tarasovun sözlərinə görə, tərəflərin tələbləri qismən qəbul edilməklə, həyata keçirilməlidir ki, bundan sonra danışıqlar daha səmərəli olsun. Onun fikirlərinə görə, əks halda müharibə təhlükəsi var və bu tərəflərin bəyanatından da hiss olunur. Lakin son görüşdə Minsk qrupu həmsədrləri müharibə ehtimalına son qoymağa çalışıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müçharibə   ATƏT  


Bizi "telegram"da izləyin