Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin bildirib.
O, vəzifəli şəxslərin bəyanatlarının çox vaxt təbliğat xarakterli olduğundan, onları şərh etməyin çox çətin olduğunu deyib.
“Əgər Azərbaycan müharibə etmək qərarına gələrsə, onun qarşısını necə almaq olar? Azərbaycan hücum etmək istəsə, hücumu geri oturtmağın mümkün olduğu başqa məsələdir. Lakin müharibə faktının qarşısını almaq mümkün deyil”, - deyə Xramçixin bildirib.
Alpər Mövludoğlu
Ordu.az