Rusiya MAR-a 1300 əsgər göndərəcək

2017/12/132267bd-aea4-46e6-a7d6-6d06d32bba21_cx0_cy7_cw0_w1023_r1_s23423_1513409062.jpg
Oxunub: 417     15:21     16 Dekabr 2017    
BMT Mərkəzi Afrika Respublikasına tətbiq etdiyi silah embarqosunu yüngülləşdirməklə Rusiyanın MAR-a silah verməsinə icazə verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan diplomatik mənbələr məlumat verib.

Daha öncə silah göndərmələri ilə bağlı daha çox detalın lazım olduğunu bildirən Vaşinqton, Paris və London qərarın təxirə salınmasını istəmişdi.

“Bizim yeganə tələbimiz odur ki, Rusiya nümayəndəsi silahların seriya nömrələri haqqında daha ətraflı məlumat versin, bundan sonra MAR-a silah göndərə bilərik”, deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, MAR Aİ tərəfindən formalaşdırılmış silahlı qüvvələri silah təmin etməklə bağlı Rusiyaya bir neçə ay öncə sorğu göndərib.

Moskva 1300 əsgərdən ibarət iki batalyon, 900 pistolet, 5200 hücum tüfəngi və 140 snayper göndərməyi düşünür.

İlk çatdırılmanın gələn həftə olacağı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MAR   Rusiya  


Bizi "telegram"da izləyin