Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono BMT-nin baş qərargahında keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, hazırda Tokio Rusiya, Böyük Britaniya, ABŞ, Çin və Fransa kimi Təlükəsizlik Şurasının daimi üzvü olmağı düşünmür, bu baş verənədək isə müvəqqəti üzvlüyə iddia edəcək.
“Bununla əlaqədar olaraq elan etmək istəyirəm ki, Yaponiya 2022-ci ildə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri üçün keçiriləcək seçkilərdə iştirak edəcək”, - deyə Kono bildirib.
Ağalar Qəribov
Ordu.az