Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.
“Ümid edirəm ki, Rusiya Əfqanıstan məsələsində əməkdaşlıq etmək istəyəcək. Başqa heç nə əlavə edə bilmərəm. Lakin buna ümidvaram. Bu, müsbət məqamdır”, - deyə Mettis bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də keçirdiyi böyük mətbuat konfransına Rusiyanın Kabilə hüquq mühafizə orqanları üçün kadrların hazırlanması, zəruri silah və texnika sistemləri ilə təchiz etmədə yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Ağalar Qəribov
Ordu.az