Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Vertolyotı Rossiyi” holdinqinin rəhbəri Andrey Boqinski bəyan edib.
“Hindistan tərəfi ilə danışıqlar yekunlaşıb, 2018-ci ildə müvafiq müqavilə imzalayacağımıza ümidvarıq”, - deyə Boqinski bildirib.
Qeyd edək ki, müqavilənin qiyməti 1,1 milyard dollar təşkil edir.
Əlavə olaraq bildirək ki, Rusiya növbəti il həmçinin çoxməqsədli Mi-171A2 helikopterlərini Hindistana təhvil verəcək.
Ordu.az