Putin və Tramp nüvə problemini müzakirə ediblər

2017/12/657567567_1513315723.jpg
Oxunub: 387     13:26     15 Dekabr 2017    
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı Koreya yarımadasında mövcud olan nüvə probleminin tənzimlənməsini müzakirə ediblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Amerika tərəfinin təşəbbüsü əsasında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqlar çərçivəsində ikitərəfli əlaqələr, Koreya yarımadasında mövcud olan nüvə probleminin tənzimlənməsi, o cümlədən böhranlı nöqtələrdə vəziyyət müzakirə olunub", - deyə məlumatda bildirilir.

Həmçinin əlaqələrin davam etdirilməsinə dair razılaşmanın əldə edildiyi də bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin