Əfqanıstan HHQ 20-yə yaxın terrorçunu məhv edib

2017/12/10999832423_1513271290.jpg
Oxunub: 421     01:04     15 Dekabr 2017    
Əfqanıstan Hərbi Hava Qüvvələri ölkənin cənubunda 20-yə yaxın terrorçunu məhv edib.

Ordu.az Xinhuanet.com saytına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Əfqanıstan Hərbi Hava Qüvvələri Gilmənd vilayətinin Mərcə, Gereşk və Nəvai-Bərakzay qəzalarında terrorçuların mövqelərinə aviazərbələr endiriblər.

Ekspertlər qeyd edir ki, son dövrlərdə ölkənin cənub və şərq vilayətlərində terrorçu və ekstremistlərin mövqelərinin ciddi şəkildə güclənməsi müşahidə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   HHQ   Terror  


Bizi "telegram"da izləyin