Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, PYD terrorçuları Hələbin şimalındakı Kobani şəhərinin qərb hissəsində və sərhəddə yerləşən Əşmə kəndində Türkiyə ordusu ilə atışmaya girib.
Qarşıdurma zamanı Türkiyə ordusuna məxsus bir nəqliyyat vasitəsinin partladıldığı, maşının içində olan iki əsgərin həlak olduğu, digərlərinin isə yaralandığı bildirilir.
Öz növbəsində Türkiyə ordusu da terrorçuların mövqelərinə raket hücumları endirib.
Ağalar Ağalarlı
Ordu.az