Ordu.az “Interfax” xəbər agentliyinin Ukrayna bürosuna istinadən xəbər verir ki, bu barədə Terrorizmlə Mübarizə Əməliyyatı (TMO) qərargahının mətbuat mərkəzindən məlumat verilib.
“Separatçılar Luqansk regionunda qaranlıq düşdükdən sonra pulemyotlardan atəş açmağa başlayıblar. Düşmən 82 mm-lik minaatanlardan, pulemyotlardan və qumbaraatanlardan atəş açaraq bizim mövqelərimizə hücumlar təşkil edib. Cəbhə xəttinin bəzi bölgələri snayper atəşlərinə məruz qalıb. Hücumlar nəticəsində bir Ukrayna əsgəri həlak olub” , - deyə məlumatda bildirilib.
Ağalar Ağalarlı
Ordu.az