Yəmən ordusu Əl-Cufda ilk əməliyyatlarına başlayıb

2017/12/1457512E-0D56-43DF-8945-5DF31910E88E_cx0_cy7_cw0_w1080_h608345345_1513250940.jpg
Oxunub: 493     19:26     14 Dekabr 2017    
Yəmənin Səda vilayətindəki silahlı qüvvələri qonşuluqdakı əl-Cuf vilayətində ilk əməliyyatlarını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səda briqadasının komandiri Obeyid Əl-Əzla bildirib.

O, Yəmən ordusunun əl-Cufa bağlı bir bölgənin nəzarətini ələ keçirdiyini və növbəti günlərdə digər ərazilərin də azad edilməsi üçün hazırlıq görüldüyünü təsdiqləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin