Ordu.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İraq ordusu ölkənin şimal və qərb vilayətlərində İŞİD terrorçularının məhv edilməsi üzrə əməliyyatları davam etdirir.
Kərkük vilayətində keçirilən hərbi əməliyyatın komandanı Fadel Omranın sözlərinə görə, hökumət qüvvələri əl-Həvic və əd-Dibs yaşayış məntəqələrini birləşdirən yolda iki terrorçunun məhv edib.
Silahlı qarşıdurma zamanı daha üç terrorçu isə əsir götürülüb.
Ağalar Qəribov
Ordu.az