Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin Tillersonun BMT baş katibi Antonio Quterreşlə də görüşü baş tutacaq.
“Dövlət katibi Tillerson KXDR-in nüvə və raket imkanlarını genişləndirərək beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər etdiyi müddətcə ABŞ və dünya ictimaiyyətinin kənara çəkilməyəcəyini qeyd edəcək. Dövlət katibi BMT Təhlükəsizlik Şurasının bütün üzvlərini birlikdə işlməyə və KXDR-ə nüvə və raket proqramını sonlandırmaqdan başqa çıxış imkanı tanımayacaq şəkildə təsir etməyə səsləyəcək”, - deyə məlumatda bildirilir.
Ordu.az