Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Raket Əleyhinə Müdafiə üzrə Agentliyin direktor müavini, kontr-admiral Con Hill Strateji və Beynəlxalq Aradşırmalar Mərkəzində çıxış edərkən bildirib.
“Tomahawk”ı “Aegis Ashore” RƏM sistemində istifadə etməyin mümkünlüyü barədə suala o, “Yox” deyib.
“Onlar qanadlı raketlərin atışını həyata keçirməyə qadir deyillər. Onların tamamilə fərqli nəzarət sistemləri var”, - deyə Hill qeyd edib.
O həmçinin əlavə edib ki, hazırda “Aegis Ashore”ni öz ərazisində yerləşdirməyə razı olan digər ölkələrlə danışıqlar aparılır.
Ağalar Qəribov
Ordu.az