Dövlət Departamenti: ABŞ əməliyyatlarını Suriya ilə koordinasiya etmir

2017/12/i3456345435_1513233774.jpg
Oxunub: 397     14:41     14 Dekabr 2017    
“Birləşmiş Ştatlar Suriyada terrorçulardan təmizlənən ərazilərin minasızlaşdırılması üzrə öz əməliyyatlarını Suriya hökuməti ilə koordinasiya etmir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Tina Kadanou bəyan edib.

“Yox. Biz öz tədbirlərimizi həyata keçiririk”, - deyə Kadanou bildirib.

Qeyd edək ki, ABŞ 1993-cü ildən etibarən dünyanın 100-dən çox ölkəsində adi silah növlərinin məhv edilməsinə 2,9 milyard dollar vəsait xərclədiyinə dair hesabat təqdim edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin