“Dəməşq müxalifətlə danışıqlara hazır olmadığını bildirib” - De Mistura

2017/12/10-12-2015Syria_Envoy345345_1513233564.jpg
Oxunub: 327     14:37     14 Dekabr 2017    
“Suriya hökumətinin nümayəndə heyəti Cenevrədə keçirilən Suriya danışıqlarının 8-ci mərhələsinin iclasında müxalifətlə bilavasitə danışıqlara hazır olmadığını bəyan edib”.

Ordu.az xarici saytlara istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura RTS telekanalına müsahibəsində bildirib.

Veriliş aparıcısının noyabrın 28-də başlanan danışıqların növbəti mərhələsi çərçivəsində Suriya hökuməti və müxalifət nümayəndələrinin bir masa arxasında danışıqlar aparması barədə verdiyi suala cavab qismində de Mistura müxalifətin bu danışıqlara hazır olduğunu qeyd edib.

“Suriya hökumətinin nümayəndə heyəti isə danışıqlara hazır olmadığını bildirib. Bu, təəssüf doğurur. Lakin diplomatiyanın hər iki tərəflə danışmaq üçün yetərincə üsulu var”, - deyə o bildirib.

Ağalarn Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Cenevrə  


Bizi "telegram"da izləyin