Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kanada hökuməti silah istehsalçılarına Ukrayanaya silah satmağa icazə verib.
Ukrayna 2014-cü ildə Kanada hökumətindən bu icazəni verməsini xahiş edib. Ukrayna prezidenti Petro Poroşenko və Kanada baş naziri Castin Trüdonun sonuncu görüşü zamanı da bu məsələ müzakirə olunub.
Qeyd edək ki, silah satışına icazə ilə bağlı eyni məzmunlu qərar bir neçə həftədir ki, ABŞ prezidenti Donald Trampın da təsdiqini gözləyir.
Bəzi fərziyyələrə görə Tramp Rusiya prezidenti Vladimir Putinin kefini pozmaq istəmir.
Ağalar Ağalarlı
Ordu.az